13 July 2018

XƏYALƏ ALLAHVERDİYEVA PSİXOLOQ

Allahverdiyeva Xəyalə. Bakı Dövlət Universitetinin “Sosial Elmlər Və Psixologiya Fakultəsinin bakalavr pilləsini bitirib. 1998-ci İldən 28-saylı orta məktəbdə praktik psixoloq işləyib.2001-ci ildə Azərbaycanda Yuneskonun təşkil etdiyi “Özününkülər arasında özgələr”lahiyəsində iştirak etmişvə aldığı nəticələrə görə fəxri fərmanla təltif olunmuşdur. 2006-cı ildə psixoloji xidmətin təşkilində əldə etdiyi yüksək nəticələrə görə Azərbaycan praktik psixoloqlar assosiasiyası tərəfindən fəxri fərmanla təltif edilmişdi.Bir sıra beynəlxalq konfrans, simpozium, seminar və təlimlərdə iştirak etmişdir, beynəlxalq sertifikatlara layiq görülmüşdür. 2005-2010-cu illər ərzində Rusiya Federativ Respublikasının Saratov şəhərində dövlət məktəbində psixoloq vəzifəsində çalışmışdır.2011-2012- ci illərdə  Bakı şəhərində Amercan Academy şirkətində menecer vəzifəsində çalışmışdır.2012-i ildən cari ilədək  Bakı Modern  Təhsil  Kompleksindəbaş  psixoloq vəzifəsində çalışmaqdadır.

2014-cü ildə “Çətin tərbiyə olunan uşaq yoxdur….”adlı lahiyəsinin müəllifi olmuş ,orta məktəblərdə müəllim-şagird-valideyn münasibətlərinə aid seminarlar keçirmişdir. Müxtəlif mərkəzlərdə uşaqlarla psixokonsultasiya və psixokorreksiya işləri aparmışdır. Hal -hazırda “Harmoniya psixologiya”mərkəzində uşaq psixoloqu kimi fəaliyyət göstərir.

Nailiyyətləri:

University  Of  California  Los Angeles-Curriculum Development&Classroom Management &Psychology’s Course -ixtisasartırma proqramlarını uğurla başa vurmuş və beynəlxalq diploma layiq görülmüşdür. Sinif idarəetməsində uşaqlar və yetkinlər  ilə  iş zamanı baş verəcək gözlənilməz hadisələrdə ilkin tibbi yardım kursunu keçmiş və vəsiqə ilə British Council  tərəfindən təltif olunmuşdur.

Psychology and Consulting Center tərəfindən keçirilən ümumi psixoterapiya kursunu uğurla bitirmişdir.

2013-cü ildə təhsil nazirliyi tərəfində keçirilən fənn kurikulumlarının tətbiqi ilə əlaqədar keçirilmiş “öyrədənlərin  öyrədəni”kursunu 1-ci dərəcə ilə bitirmişdir.

2013-ci ilin noyabr ayında Təhsilin İnnovativ İnkişaf Mərkəzi tərəfindən “həyat bilgisi” fənni üzrə təlimçi statusunu qazanmışdır.

2013-ci İldə  Eastern  Mediterranean University-İnteractive Teaching Tools   Elt Curriculum  Development & Psychologys Course.

2015-ci İldə  İnternational Psychology Conference İn Azerbaaijan

2016-ci İldə  İnternational Psychology Conference İn Azerbaaijan

2016-ci İldə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən keçirilən koqnitiv davranış terapiyası treninqi

2017-ci ildə  Avropa İttifaqının  maliyyə dəstəyi ilə keçirilən   “Azerbaycan Yuvenal Ədliyyə İslahatı məqsədi ilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlərin sınaqdan keçirilməsi” lahiyəsində iştirak etmişdi.Uşaqların və yeniyetmələrin psixi sağlamlığı və yuvenal ədliyyə sistemlərinin dəstəklənməsi treninqi

The International Association Of Professional Development (IAPD)-“Humanistisches Psychodrama”Treninqi

The International Association Of Professional Development (IAPD)-” Dyslexia -Ronald Davis Method” Treninqi

The International Association Of Professional Development (IAPD)-“Schema Therapy” treninqi

Hal-hazırda Sankt-Peterburq şəhərində  v.m. Bexterev Adına  Elmi Tədqiqatlar  Klinik Psixologiya Və Psixoterapiya  İnstitutunda –Kliniki  Psixologiya fakultəsində təhsil alır.