09 May 2018

Haqqımızda

Məqsədimiz ayı-ayrı fərdlərin və ailələrin həyətlarında psixoloji balasın bərpa olunması və saxlanılmasına
yönəlik fəaliyyət göstərməkdir.Bizim pofessional prinsiplərimiz bu şəkildədir.

-Peşə etikasına həssaslıq

-Kollektivçilik və komanda çalışması

-Multidisiplinar yanaşma

-Öyrənməyə və inkişafa daim açıq olmaq

-Həmkarlarımıza qarşı hörmət və tolerantlıq

-İnsanlara yardım prinsipini başlıca məqsəd kimi qəbul etmək

-Gənc həmkərlarımıza öz professional inkişaflarında dəstək vermək

-İnam prinsipinə əsəslanaraq konfidensiallığın daima qorunub saxlanılmasına riayət etmək

-Əl çata bilən olmaq

Psixoloq kimdir?
Əvvəlcə psixoloq kim deyildir sualına cavab verək.Psixoloq ilk baxışda insanların şəxsi keyfiyyətlərini
ortaya çıxaran,zehinlərini oxuyan şəxslər deyildir.Əksinə,psixoloq, müraciət edən şəxsin gətirdiyi
problemi diqqətli şəkildə dinləyən,incələyən, şəxsin verdiyi informasialar əsasında problemin altında
yatan səbəbləri araşdıran və bu səbəblər doğrultusunda müəyyən texnika və yanaşmalar ilə şəxsə
problemin öhdəsindən gəlmə bacarığı qazandıran şəxsdir.
Psixoloqa hər bir kəs müraciət edə bilər.Psixoloqa getmək üçün depressiyada olmaq,panik
atak,fobiya,travma,obsessiya və.s kimi problemlərinizin olması mütləq deyil.Aşağıda qeyd olunmuş
bütün vəziyyətlərdə psixoloq sizə kömək edə bilər
-Yaşadığınız problemin gündəlik həyatımıza, münasibətlərinizə ,iş həyatnıza mənfi təsir göstərdiyi və
gündəlik işlərin icrasına diqqətinizi yönəltməkdə çətinlik çəkdiyiniz hallarda
-İstifadə etdiyiniz yolların problemlərinizin həllinə yetərli olmadığı vəziyyətlərdə
-Emosional olaraq özünüzü yaxşı hiss etmədiyiniz və ya əvvəlkindən daha pis hiss etdiyiniz vəziyyətlər
-Qısası ümumi həyatınızı əvvəlki kimi məhsuldar şəkildə davam etdirməyinizə əngəl ola biləcək istənilən
vəziyyətdə psixoloqa müraciət etmək yetərli səbəbdir.