Qadınların şüuraltında olan doğum qorxusu

Qadınların şüuraltında olan doğum qorxusu – tokofobiya qadının yaşadığı cəmiyyətin, ətrafının təsiri ilə yaranan və “bəslənən” bir psixoloji narahatlıqdır. Tokofobiyası olan qadınlar doğuş zamanı çox acı çəkməkdən, ölməkdən qorxurlar. Həmçinin həkimə, özlərinə güvənmirlər və daim körpəyə pis bir şey olacaq qorxusu ilə yaşayırlar. Dünyaya gətirəcəkləri körpəyə baxa bilməməkdən, bu məsuliyyəti daşıya bilməməkdən daim qorxurlar. Hətta bu qorxu qadınları abort etməyə, uşağı tələf etməyə, narkotik və spirtli içki qəbuluna qədər apara bilər. Uşaqkən cinsi zorakılığa məruz qalmış qadınların əksəriyyəti tokofobiyadan əziyyət çəkir. Tokofobiyası olan qadınlar normal doğuş həyata keçirsələr də illər keçdikdən sonra belə o anları unutmurlar, o günləri düşündükcə panik atak krizləri keçirirlər. Bu psixoloji narahatçılığı aradan qaldırmaq üçün psixoloqa müraciət etmək effektiv nəticə verə bilər.

Nüşabə Nağıyeva