Kleptomaniya (oğurlama xəstəliyi)

Kleptomaniya (oğurlama xəstəliyi) ehtiyacı olmadığı və istifadə etməyəcəyi halda, maddi dəyəri heç bir əhəmiyyət daşımayan əşyaları oğurlamağa və ya özünə götürməyə (sahibinin icazəsi olmadan) çalışmaqdır. Götürülən əşyaları maddi olaraq imkan yetməzliyi ucbatından oğurlamırlar. Onlar bu işi əvvəldən planlamırlar, spontan formada reallaşdırırlar. Yemək yemək üçün getdiyi bir restorandan çəngəli özü ilə götürüb aparmaq buna misal ola bilər. Kleptomaniyadan əziyyət çəkən insanlar etdikləri hərəkətin yalnış olduğunun fərqindədirlər. Oğurlamaq istəyi gəldiyi anda güclü gərginlik müşahidə olunur və əgər onlar bunu etməzlərsə həmin gərginlikdən qurtula bilməyəcəkləri düşüncəsi yaranır. Daha sonra götürülən əşyanı başqasına verir və ya atırlar. Daha çox qadınlarda müşahidə olunur. Bu xəstəliyin bərabərində digər psixoloji pozuntular da paralel olaraq müşahidə edilir (piromaniya, trikotilomaniya). Xəstəlik səbəbi kimi kiçik yaşlarda ailə daxilində yaşanmış ağır travmatik hadisələr, itkilər ən vacib faktorlar hesab olunur.

Nüşabə Nağıyeva