Dırnaq yemə vərdişi

Dırnaq yemə vərdişi əsasən 3-4 yaşında ortaya çıxır. Uşaqların 33 % faizlik qismində müşahidə olunur. Qız uşaqlarında dırnaq yemə vərdişinə daha çox rast gəlinir. Uşağın həyatında onun psixologiyasına mənfi təsir göstərən, stress yarada biləcək hadisələr; ana-atanın boşanması, ananın daima məşgul olması, diqqət və sevgi əskikligi, yaxın insanlardan birinin xəstələnməsi, ailəyə yeni bir üzvün qatılması, bacı-qardaş qısqanclığı, həmyaşıdları ilə anlaşılmazlıqlar səbəb ola bilər.Ailədə valideyinlər arasındakı gərginlik, daima uşağa təzyiq göstərən ana-ata, qorxu ve aqressiya məzmunlu televiziya proqramları bu davranışı daha da şiddətləndirə bilər.Dırnaq yemə vərdişinə səbəb olacaq bir digər faktor da uşaqda özünə inamın aşağı olmasıdır. Bu isə çox tənqid olunan uşaqlarda ortaya çıxır. Dırnaq yemə davranışının vərdişə çevrilməməsi
üçün ailənin dəstəyi olduqca önəmlidir.Uşağa bu davranışına görə qışqırmaq, cəza vermək və ya qorxutmaq probemi həll etmədiyi kimi onun daha da dərinləşməsinə səbəb olacaqdır. Vərdişin yaranmasına səbəb olan amil müəyyən olunmalı və məhz həmin problemin üzərində işlənilməlidir.

Nüşabə Nağıyeva