Sosial fobiya

Sosial fobiya əsasən yeniyetmə yaşında ortaya çıxır və insanların sıx olduğu yerlərdə daima nəzərlərin üzərində olduğu hissinə qapılaraq başlayır. Onlar  başqaları qarşısında səhv etməkdən, gülünc vəziyyətə düşməkdən, tənqid edilməkdən, öz hərəkətləri üzərində idarəni itirməkdən qorxurlar. Bunun üçün də daima arxa planda qalmağı, diqqət mərkəzində olmamağı, mümkün qədər topluluq için olmamağı seçirlər. Dərs prosesində bildiyi halda əl qaldırmayan, şagirdlər və müəllim qarşısında bildiklərini unudan şagirdlərin bir çoxu sosial fobiya yaşamaqdadır. İş həyatında isə geri planda qalaraq işləməyə, göz qabağında olmamağa çalışırlar. Potensialından daha azı ilə kifayətlənib inkişafa və daha yüksək mövqeyə can atmırlar. Şəxsi münasibətlərində də addım atmaqdan qorxduqları üçün məhdud ünsiyyət sahəsi ilə kifayətlənirlər. Sosial fobiya psixoterapiya prosesində ortadan qalxan problemdir və bu  şəxsin bütünlüklə sosial həyatını müsbət mənada dəyişilməsi deməkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *