Bulimiya nevroza və ya Bulimiya sağlam olmayan yemək vərdişidir.

Bulimiya nevroza və ya Bulimiya sağlam olmayan yemək vərdişidir. Problemi yaşayan şəxslər yemək yemə istəklərini idarə edə bilmirlər. Bu vəziyyətdən utandıqları üçün ətrafdakılardan gizləməyə çalışırlar. Hər 100 nəfərdən 5’ində rast gəlinən bu xəstəlik daha çox 18-24 yaş aralığındakı gənc qızlarda müşahidə olunur. Bulimiya ilə paralel olaraq depressiya, sosial izolyasiya, özünə inamın aşağı olması da müşahidə olunur. Yemək krizisləri stress hallarında daha çox müşahidə olunur. Ümumiyyətlə depressiv insanlardırlar. Çəkilərinə nəzarət etdikləri üçün ilk baxışda xəstəliyin əlamətləri hiss olunmaya bilər. Bulimiyadan əziyyət çəkən insanlar hədsiz yemək qəbulundan sonra süni yolla mədəni təmizləməyə (daha çox qusma yolu ilə) çalışırlar. Bulimiya zamanı psixoterapiya qəbulu bu xəstəlikdən əziyyət çəkənlərin vəziyyətini müsbətə doğru dəyişdirəcəkdir.