Nevroz nədir?

Nevroz, psixonevroz və nevrotik pozğunluq tibb elminə istifadə olunan termindir və funksional psixogen pozğunluqlar qrupudur. Nevrozun psixoloji simptomları kimi – qətiyyətsizlik, ünsiyyətdə problemlər, emosional narahatlıq (adətən, səbəbsiz yerdə), tez-tez qorxu yaxud həyəcan hisslərinin yaşanması, əhval-ruhiyyənin kəskin dəyişməsi, yüksək səsə, parlaq işığa və temperaturun dəyişməsinə qarşı həssaslıq, yuxunun pozulması daxildir.
Nevrozun digər əlamətləri haqqında ətraflı məlumat almaq və düzgün müalicə etmək üçün Harmoniya Psixologiya Mərkəzinin peşakar psixoloqlarına müraciət edə bilərsiniz.