Mükəmməlliyətçilik

Mükəmməlliyətçilik deyəndə təsəvvürdə hər bir şeyi “ən yaxşı” şəkildə görməyə cəhd edən, bu zaman heç bir səhv etməməyə çalışan insan canlanır. Bu ilk baxışda yaxşı xüsusiyyət kimi görünsə də əslində mükəmməlliyətçi insanlar mükəmmələ, real olmayana, səy göstərdiyi üçün heç vaxtı məmnun qalmırlar. Onlar bu xüsusiyyətləri ilə daima stress yaşayaraq özlərinə zərər verməklə qalmır, yaxınlarından da mükəmməli tələb edərək onları ola bilməyəcəkləri insan olmaq üçün məcbur edirlər. Mükəməlliyyətçilik 3 formada dəyərləndirilir:
– Özünə yönəlmiş: Bu tipdə şəxslər özünə həddindən artıq yüksək standartlar müəyyən edir və səhv etməyi özü üçün bağışlanılmaz hesab edirlər. Daima özlərini tənqid edirlər.
– Başqasına yönəlmiş: Real olmayan standartları başqalarına tətbiq etməyə çalışırlar, heç vaxt başqalarının işindən razı qalmırlar, daima səhv axtarırlar.
– Sosial fonda gözləntilər: Bu insanlar başqalarının, sosial mühitin onlardan çox yüksək gözləntisi olduğuna inanırlar. Başqalarının standartlarına uyğun olmağa çalışır, bu alınmadıqda isə depressiv əhval-ruhiyyə bürünür, və ya həddindən artıq aqressiv olurlar.
İstənilən halda real olmayan tələb və standartlar insanı daima stress və gərginliyə məruz qoyaraq enerjisini tükəndirir, real olmayan gözləntiləri reallaşmadığı zaman depressiya, bəzi hallarda isə intihar riski ilə üz-üzə qoyur.
Nüşabə Nağıyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *