Texnologiya cihazlarının asılılıq

Texnologiya cihazlarının asılılıq yaratmaq kimi təsirləri mövcuddur. Bu kimi təsirləri “Texnologiya asılılığı” adlandırırıq ki bu zaman insanın günün çox hissəsinin texnoloji cihazlarla keçirməsi nəzərdə tutulur. Ən çox da internet istifadəsi başlıca asılılıq səbəbi hesab olunur.
Göstəriciləri:
– Bir neçə dəqiqə nəzərdə tutduğu halda saatlarla internetdə vaxt keçirmək
– İnsanlarla üzbəüz ünsiyyətdən qaçmaq daha çox virtual əlaqələr qurmağa çalışmaq
– İnternetdə vaxt keçirmək üçün vacib işlərindən, dərslərindən və ya görüşlərindən imtina etmək
– Reallığın o qədər də marağlı olmadığı hissinə qapılmaq, özünü daima sosial media üzərindən ifadə etməyi üstün tutmaq
– İnternetsiz qaldığında gərginlik və boşluq hissinin yaranması
– Yuxu pozuntuları, vaxtı və prosesləri idarə etməkdə çətinlik çəkmək
– Başqaları ilə ünsiyyət zamanı aqressiv reaksiyalar vermək, özünə qapanma, illüziyalar aləmində yaşamaq

Nüşabə Nağıyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *