Burn-out (Tükənmişlik sindromu) 

Həyatımızın hər sahəsində mövcud olan rəqabət, texnologiya ilə birlikdə getdikcə dəyişilən iş və ünsiyyət şərtləri, ağır iş yükü, yaxşı təşkil olunmamış qrafik, iş yerində qənaətbəxş olmayan ətraf mühit və sosial münasibətlər bir müddətdən sonra “Burn-out” ( Tükənmişlik) sindromu nun ortaya çıxmasına şərait yaradır. Getdikcə bu vəziyyət iş dünyasında artmaqdadır və hər gün daha çox insan bu sindromdan əziyyət çəkir. Aparılan araşdırmalara görə xidmət sektorunda çalışan insanlarda Burn-out sindromuna daha çox rast gəlinir: Səhiyyə və təhsil işçiləri, bank sektoru, polis və əsgərlər insanların məsuliyyətini daşıyan istənilən sahə mütəxəssisləri. Tükənmişlik sindromu yaşayan insanlar fiziki və emosional baxımdan olduqca yorğun hiss edirlər. Diqqətlərini işə köləyə bilmir, insanlarla ünsiyyətdən qaçmağa çalışır, ünsiyyət zamanı aqressivlik göstərir, təkliyə meyl edir bəzən isə spirtli içki və sakitləşdirici preparatlara üz tuturlar. Yuxu problemləri, özünü əngəllənmiş hiss etmək, depressiv əhval ruhiyyə, özünə və ətrafına əvvəlki kimi diqqət göstərməmək, şəxsi münasibətlərində gərginləşmə müşahidə olunur. Bu hallar baş verdikdə vəziyyətin fərqinə varıb iş mühiti və şəxsi məqsədlər barədə ciddi formada düşünmək və dəyişiklik etmək mütləqdir.

 
Nüşabə Nağıyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *