Ailədə uşaqlar arasındakı qısqanclıq

Ailədə uşaqlar arasındakı qısqanclıq hər ailədə ola bildiyi kimi, həddindən artıq olduqda bir-birlərinə zərər vermə hallarına qədər gətirib çıxarır. Övladlar arasında az da olsa qısqanclığın olması təbiidir. Lakin bu dərinləşdikdə münasibətlərin korlanması qaçınılmazdır. Nəticədə isə ailədə ailə üzvləri arasında münasibətlər, müsbət aura pozulur. Qısqanclığın artmasına təsir göstərən əsas faktorlardan biri də valideynlərin davranışıdır. Bəzən fərqində olmadan valideynlər övladlarına tələb etdikləri diqqəti göstərə bilmirlər və ya övladlarının nəyi tələb etdiklərini tam olaraq anlamırlar. Bu kimi hallarda münasibətlərin yaxşılaşdırılması üçün vaildeyin- övlad və bacı- qardaş arasında düzgün ünsiyyət formalaşdırılmalıdır və hər uşağın individual keyfiyyətləri nəzərə alınmalıdır.

 
Nüşabə Nağıyeva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *