3 yaş sindromu

3 yaş sindromu uşaqlarda müstəqilləşmə meyli kimi xarakterizə olunur. Bu yaş dövrü eqosentrik və ya müstəqilləşməyə doğru atılan ilk addım dönəmi kimi də qiymətləndirilir. Mənlik hissinin dərk olunduğu bu dövrdə uşaq hər şeyi “mən özüm” başlığı altında icra etməyə çalışır. İnadkarlıq göstərir, tərslik edir, öz istədiklərini geyinmək, yemək, oynamaq istəyi formalaşır, qərarlarını özü vermək istəyir. Böyükləri təqlid etməyə başlayır. İstəkləri yerinə yetmədikdə isə aqressiv, isterik reaksiyalar verir. Bu yaş dönəmində valideynlərin davranışları olduqca önəmlidir. Uşağın mənlik hissini doğru dərk etməsi üçün evdə qaydaların doğru və aydın şəkildə formalaşdırılması və ümumi rəftarın düzgün seçilməsi ən vacib şərtdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *