Natamamlıq kompleksi

Natamamlıq kompleksi özünü başqaları ilə müqayisə edib daima başqalarından aşağı görməklə xarakterizə olunur. Bu şəxslərdə özünəinam hissi aşağı olur. Daima özünü sübut etmək istəyi formalaşır. Davranışlarında qərarsızlıq, bəzən aqressivlik, səhv etmək qorxusu, öz gücünə və əhəmiyyətliliyinə inamsızlıq nəzərə çarpır. Daima özünü başqaları ilə müqayisə etmək melanxolik əhval ruhiyyəyə, bəzən isə depressiya gətirib çıxarır. Natamamlıq kompleksi uşaqlıqda formalaşır. Ailənin uşağa olan münasibəti özünəinam faktoruna çox ciddi təsir göstərir. Kompleksin aradan qalxması üçün şəxsin özünəinam hissi üzərində işlənilməlidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *